Türk dövlətləri arasında müştərək hərbi saziş imzalanmalıdır.

Bunu Şimali Kipr Türk Cümhuriyyəti ŞKTC) parlamentinin sədri Zorlu Töre deyib.

O bildirib ki, bu təşəbbüsün gerçəkləşməsinə ciddi ehtiyac var: “Azərbaycan ordusu Qarabağda düşməni diz çökdürdü. Birləşsək, kimsə qarşımızda dayana bilməz”.

Z.Törenin fikrincə, Kipr yunanları ilə türklərin bir federasiya daxilində birləşmələri mümkün deyil:

“Necə ki bu, Türkiyə və Yunanıstan, Azərbaycan və Ermənistan, Rusiya və Ukrayna üçün də mümkün deyil. Biz iki fərqli dövlət olaraq öz gələcəyimizi qurmağa məcburuq”.

İstinadlar Report