Gürcüstan prezidenti Salome Zurabişvili martın 20-də Qardabani rayonunda təşkil olunan Novruz şənliklərində iştirak edib.

Prezident Novruz Bayramı münasibəti ilə sakinlərə xoş arzularını çatdırıb, Azərbaycan dilində xalqı bayram münasibətilə təbrik edib. Çıxışının davamında şənliyə toplaşan insanlara müraciət edib:

“Sizinlə rus dilində danışa bilmirəm çünki, bu, bizi birləşdirən dil deyil. Mən inanıram ki, yaxın gələcəkdə bizim yeni nəsil dövlət dilini mükəmməl şəkildə biləcək və biz bütün problemlərimizi birlikdə həll edəcəyik.

Mən burada qonaq deyiləm, öz evimdəyəm. Çox xoşbəxtəm ki, bayramı sizinlə qeyd edə bilirəm. Adət-ənənələrin yaşadılması çox vacibdir və bu, Gürcüstanın ən önəmli sərvətlərindən biridir”.

S.Zurabişvili daha sonra Novruz bayramı münasibətilə təşkil olunmuş xalq gəzintisində iştirak edib, bayramın adət-ənənələri, Bahar qızı və Kosa ilə tanış olub, yumurta döyüşdürüb və bayram tonqalını yandırıb.