“Baş nazirlərin müavinləri səviyyəsində hökumətlərarası komissiya fəal işləyir”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Prezident İlham Əliyevlə görüşündə deyib.

“Sizin dediyiniz kimi, keçən il əmtəə dövriyyəsi rekord səviyyədə – təqribən 3,5 milyard dollar olub. Bu da son hədd deyil, həm hökumətlərimiz, həm də regionlar səviyyəsində yeni planlar var.

70-dən çox region Azərbaycanla əməkdaşlıqda iştirak edir. Mənə dedilər ki, təkcə bu il ərzində Udmurtiya, Başqırdıstan, Perm diyarı və əlbəttə, Azərbaycanla xüsusi münasibətləri olan Həştərxan vilayətinin nümayəndə heyətləri Sizin ölkəyə səfər ediblər.

Diplomatik münasibətlərin yaradılmasının 30-cu ilində də sanballı tədbirlər proqramı həyata keçirilir. İyirmidən çox müxtəlif tədbir planlaşdırılır, onların bir qismi artıq təşkil edilib, qalanları ilin sonunadək keçiriləcək.

Bu tədbirlər bizim vətəndaşlar tərəfindən yaxşı qarşılanır. Bu, xalqlarımızın qarşılıqlı olaraq bir-birinə can atmasını, mədəniyyətlərimizin, tarixi yaddaşımızın ümumiliyini vurğulayır. Əlbəttə, biz Azərbaycanda rus dilinə göstərilən diqqəti qiymətləndiririk, Siz də Prezident Putin ilə bu barədə danışmısınız”, – Lavrov qeyd edib.

İstinadlar Qafqazinfo