Siyəzən rayonunda 40 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
1984- cü il təvəllüdlü Ağasiyev Rəşad Əlisahib oğlunun idarə etdiyi motosiklet qarşı tərəfdən gələn minik avtomobili ilə toqquşub.
Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.