Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru Məmmədəli Novruzov vəfat edib.

Bu barədə Bakı Dövlət Universitetindən bildirilib.

O, 65 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Novruzov 1971-1976-cı illərdə BDU-nun 1973-1978-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1985-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. Türkologiyanın ümumi nəzəri problemləri, qədim türk abidələri, müasir türk dillərinin fonetk, leksik və qrammatik quruluşu, türk əlifbaları sahələrində tədqiqat işi aparıb. 70-ə yaxın elmi, 500-ə yaxın elmi-kütləvi məqalənin, 4 monoqrafiya və 2 kitabın müəllifi olub.

Qeyd edək ki, M. Novruzov millət vəkili Siyavuş Novruzovun qardaşıdır.

Allah rəhmət eləsin!

Siyavuş Novruzov