“Bu gün ölkədə kifayət qədər savadlı, qabiliyyətli hərbçilər formalaşıb”.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov dekabrın 5-də parlamentin plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan dövləti hər zaman zabitə kifayət qədər xərc çəkir, oxudur, yetişdirir və müəyyən mərhələyə çatdırır: “Təbii ki, zabit bu dövr ərzində çalışmalıdır ki, özündən sonrakıları formalaşdırsın. Zabitlərimiz tək döyüşçü yox, həm də döyüşə rəhbərlik edəndir. Digər tərəfdən, Azərbaycan kifayət qədər yeni texnika alır. Bunun işlənməsi və başqa nəsillərə ötürülməsinə zaman lazımdır”.

İstinadlar Report