
“Seçki Məcəlləsinə müvafiq dəyişikliklər edilməlidir. Bələdiyyə seçkiləri Seçki Məcəlləsindən çıxarılmalı, ayrı qanunvericilik şəklində təqdim edilməlidir”.
Bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edib.
O bildirib ki, bələdiyyə sədri olmaq istəyənlərin topladığı sənədlər prezidentliyə namizədlərin toplaması lazım olan sənədlərlə eynidir:
“Bələdiyyə seçkiləri ümumölkə səviyyəsində yox regional səviyyədə keçirilməlidir. Başqa ölkələrin praktikasında bu təcrübə var”.
O, həmçinin bələdiyyə üzvlərinin sayının azaldılmasını da təklif edib.