Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz xəstəxanaya yerləşdirilib.

Bu barədə “Elgizlə izlə” proqramında məlumat verilib. Qeyd olunub ki, səhhətində problem yaranan aktyorun oğlu Respublika Narkoloji Mərkəzinə yerləşdirilib.

61 yaşlı Çingiz Aslan 20 gün həkimlərin nəzarətində olacaq.

Qeyd edək ki, o, 3 il sığınacaqda qaldığını, daha sonra məkandan qovulduğunu, daha sonra küçədə yaşadığını bildirib.