“Siyasi iradə olarsa, Ermənistanla Azərbaycan arasında 15 gün ərzində sülh müqaviləsi imzalamaq mümkündür”.

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, bütün prinsipial məsələlər üzrə beynəlxalq hüquq və bərabərlik prinsipinə əsaslanan razılıq əldə olunub. 

Simonyan, həmçinin qeyd edib ki, hazırda Ermənistan və Azərbaycan liderləri arasında görüş barədə razılıq yoxdur.

İstinadlar Qafqazinfo