“Erməni ictimaiyyəti dağılıb, məxməri deyilən inqilab baş tutmadı. İnqilabın əvəzinə ölkədə sosial və vətəndaş müharibəsinin əlamətləri müşahidə olunur. Nikol Paşinyan bu prosesi dayandırmaq iqtidarında deyil, çünki onun pozitiv inkişaf proqramı yoxdur. Ona görə də o, mütəmadi olaraq “günahkar” və siyasi hücümlar üçün obyekt axtarışındadır. Paşinyanın davamçıları, tərəfdaşları və deyərdim ki, fanatları onun kimi hərəkət edirlər. Öz aralarından başqa hər yerdə günahkar axtarırlar. Nümunə olaraq deyim ki, onlar tərəfindən mənim şəxsi ünvanıma da hücumlar güclənib.”

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında Rusiyanın tanınmış siyasi eksperti Qriqoriy Trafimçuk deyib.

Siyasi ekspert nəzərə çatdırıb ki, Ermənistan ictimaiyyətinin N.Paşinyana get-gedə sualları artmaqdadır:

“Mən erməni mətbuatına yetərincə müsahibə verirəm, hansı ki, onların da Paşinyanın ünvanına get-gedə sualları çoxalır. Bütün bunlar isə Nikol Paşinyanın tərəfdarlarını daha da qıcıqlandırır. Mən həmişə cərəyan edən hadisənin obyektiv şəkilini verirəm. Onu isə inkar etmək çətindir. Baş nazirin davamçılarının isə bunu etməyə arqumentləri yoxdur”.

“Qeyd etmək istərdim ki, Paşinyanın fədakar tərəfdaşlarının sayı günü-gündən azlamaqdadır. Onlar başa düşür ki, yaxın zamanda erməni ictimayyiəti onlara qarşı da ağır ittihamlar irəli sürəcəklər. Ona görə də onların hücümları hər gün daha da kəskin olur. Bu, alova oxşayır və bu mənim xoşuma gəlir. Çünki məhz bu formatda düzgün baxış ortaya çıxarır və möhkəmlənir”, – deyə Q.Trafimçuk vurğulayıb.

Rusiynın tanınmış siyasi eksperti qeyd edib ki, ermənilər onu hədələyirlər.

İstinadlar Report