
Macarıstan və Serbiya birgə enerji layihələrinin həyata keçirilməsinin sürətləndirilməsi, o cümlədən 2028-ci ilə qədər elektrik şəbəkələrinin gücünün iki dəfə artırılması və üç il ərzində yeni neft kəmərinin tikintisi ilə bağlı razılığa gəlib.
Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Belqradda Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşdən sonra bildirib.
Onun sözlərinə görə, Macarıstan və Serbiya rəqabətli qiymətlərlə etibarlı enerji təchizatını təmin etmək kimi ortaq məqsəd çərçivəsində strateji enerji tərəfdaşlığını gücləndirib.