Şirvanda H.Əliyev prospektində baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.

Hərəkətdə olan “Mersedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində Şirvan şəhər sakinləri, 1954-cü il təvəllüdlü Vahidov Mirağa Abduləli oğlu, 1960-cı il təvəllüdlü Zeynalova Sevda İbrahim qızı, 1975-ci il təvəllüdlü Abuzərov Elxan Oruc oğlu və daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Şəxsiyyəti məlum olmayan iki nəfər ambulator müalicəyə buraxılıb, digər xəsarət alanlar isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İstinadlar Report