Şirvan şəhərində ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.
 
Şəhərin Heydər Əliyev prospektində Şirvan sakini, 1984-cü il təvəllüdlü Mustafayev Samiq Səlim oğlu 10 SA 431 dövlət nömrə nişanlı, “Mercedec” markalı avtomobilin idarəetməsini itirib, avtomobil işıq dirəyinə çırpılıb və bu zaman yanğın baş verib. Avtomobildə olan sərnişinlərdən biri ölüb, digər sərnişin xəsarət alaraq şəhər xəstəxanasına yerləşdirilib.
 
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını alıblar.
Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.

 


İstinadlar Qafqazinfo