Şirvanda badımcan turşusundan zəhərlənmə ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilir ki, aparılan araşdırmalar zamanı bir sıra media səhifələrində Şirvanda badımcan turşusu qəbul etmiş şəxsin zəhərlənmədən Sumqayıt şəhər xəstəxanasında dünyasını dəyişməsi ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmayıb.
Belə ki, Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanası tərəfindən 2001-ci il təvəllüdlü Lalə İlqar qızı Fərziyevaya “toksiki şok, dəqiqləşdirilməmiş sepsis, kəskin respirator çatışmazlığı və poliorqan çatışmazlığı” diaqnozu qoyulmuş və bunun nəticəsində müalicə aldığı xəstəxanada vəfat etdiyi məlum olmuşdur.
Bir daha qeyd edək ki, vətəndaşlar zəhərlənmə halları ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməli, media vasitələri isə bu cür xəbərləri yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə məlumatı dəqiqləşdirməlidir.
Qeyd edək ki, ötən turşudan zəhərlənmiş gənc Sumqayıt şəhərində xəstəxanada öldüyü barədə məlumat yayılıb.