Şirvanda azyaşlı qızdırmadan ölüb.
Şəhərin M.Rəsulzadə küçəsi 7 ünvanında yaşayan 2015-ci il təvəllüdlü Vəliyev Əli Xəyyam oğlu Şirvan Şəhər Xəstəxanasında qızdırmadan ölüb.
İlkin məlumata görə, evdə müalicə olunan Ə.Vəliyevin bir həftəyə yaxın hərarəti aşağı düşməyib. Son anda xəstəxanaya gətirilərkən artıq gec olub.