Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Şirvan şəhərində genişmiqyaslı abadlıq, quruculuq işləri həyata keçirilir. Şəhər ərazisində park və xiyabanlar əsaslı təmir edilir.

Yeni nümunəvi məhəllələr salınır. Şəhərin su-kanalizasiya sistemi müasir tələblər səviyyəsində mərhələlərlə yenidən qurulur. Şəhərin küçə və prospektlərində, məhəllələrində yeni işıqlandırma sistemi quraşdırılır. Şəhid ailələrinə, Qarabağ qazilərinə, veteranlara xüsusi həssaslıqla yanaşılır, qayğı və problemləri vaxtında aradan qaldırılır. Vətəndaşların ərizə, təklif və müraciətləri yerində araşdırılır, həlli istiqamətində zəruri tədbirlər görülür. Şəhər rəhbərliyi vətəndaşlarla  şəhər İcra Hakimiyyətində, yerlərdə səyyar qəbul-görüşlər keçirir. Şirvan Şəhər İcra Hakimiyyəti başçısı İlqar Abbasovun təsdiq etdiyi qrafikə uyğun olaraq  2022-ci ilin oktyabr-noyabr ayında vətəndaşlarla yerlərdə 8 səyyar qəbul-görüşlər keçirilib. 

Şəhər İcra Hakimiyyəti başçısının keçirdiyi bütün səyyar qəbul-görüşlərdə sakinlərin müraciət və problemləri xüsusi həssaslıqla dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər səyyar görüşlərin təşkilinə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.






İstinadlar Qafqazinfo