Şirvan şəhərində azyaşlı qızdırmadan vəfat edib.

Məlumata görə, 2018-ci il təvəllüdlü Röyal Əlyar oğlu Səfərov yaşadığı Şirvan şəhərindəki evdən yüksək temperatur səbəbindən qıcolma ilə xəstəxanaya gətirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.