Şirvanda 5 nəfər dəm qazından zəhərlənib.

Məlumata görə, onlar bir ailənin üzvüdürlər.

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:

“Fevralın 25-də Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə dəm qazından zəhərlənməsi ehtimalı ilə 5 nəfər daxil olub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar”.

İstinadlar Qafqazinfo