Şirvan – Salyan şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“QAZ 3110” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan iki nəfər yaralanıb. Onlardan birinə hadisə yerinə gələn təcili tibbi yardım maşınında ilkin tibbi yardım göstərilib. Digər yaralı isə Şirvan şəhər Xəstəxanasına çatdırılıb.




İstinadlar Qafqazinfo