Bu gün “Trendyol”un Azərbaycanda ofisinin açılış tədbiri baş tutub.

“Trendyol Group”un Baş İcraçı direktoru Erdem İnan tədbir haqqında məlumat verib.

Daha sonra tədbirdə media nümayəndələrinin sualları cavablandırılıb.

Erdem İnan, qeyd edib ki, şirkət Türkiyədə 300 mindən çox satıcı ilə çalışır:

“Azərbaycanda son 1,5 ildə təxminən 2 milyon müştəri bazasına nail olaraq ən çox geyim və ev tekstili məhsulları sataraq bu nöqtəyə gəlmişik. Türkiyə markaları qiymət, keyfiyyət performasında əlverişli nöqtədədir. 100 milyon məhsulu olan şirkətimiz Türkiyədə 300 mindən çox satıcı ilə çalışır”.

“Temu”nun Azərbaycan bazarına daxil olmasını qiymətləndirən “Trendyol Azərbaycan” Beynəlxalq genişlənmə üzrə rəhbəri İrem Çağrı Yılandil isə qeyd edib ki, rəqabət hər zaman müsbət haldır:

“Şirkətlər müştərilərə ən yaxşısını təqdim etmək üçün daha çox çalışırlar. Bizim üçün də Azərbaycanda rəqabətin artması gözəl, müsbət haldır. Biz də xidmətlərimizin səviyyəsini daha da artırmağa çalışırıq. Keçmişdə 11 gün olan müddəti bu gün 8 günədək azaltmışıq. “Trendyol”un üstünlüyü daha keyfiyyətli olan Türkiyə istehsalı məhsullar təklif etməsidir. Hələ də qiymət məsələsində rəqabət apara bilirik, üstəlik müştərilərə daha keyfiyyətli məhsullar təklif edirik. Həmçinin “Trendyol”un Azərbaycan bazarında da müxtəlif tərəfdaşları var, müştərilər “Trendyol”da “Umico” bonuslarını istifadə edə, taksit ilə alış-veriş edə bilirlər. “Trendyol”un rəqbilərindən ayıran bir çox özəllikləri var”.

İstinadlar Qafqazinfo