Sinoptiklər Türkiyədə zəlzələnin baş verdiyi ərazilərə qar və yağış yağacağını proqnozlaşdırırlar.

Bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Ekspertlərin fikrincə, bu, təbii fəlakətdən sonra aparılan axtarış-xilasetmə işlərini xeyli çətinləşdirəcək.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 maqnitudalı zəlzələ baş verib.

Nəticədə 2 921 nəfər ölüb, 15 834 nəfər yaralanıb.

İstinadlar Report