Bakıda 162 nömrəli orta məktəbdə sinif yoldaşını bıçaqlayan məktəbliyə cinayət işi başlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin rəhbəri, mayor Elşad Hacıyev məlumat yayıb.

Məlumata görə, bıçaqlanma ilə nəticələnən mübahisədə 17 yaşlı C.Həsənov xəsarət alıb. Kəskin qan itirmədən ağırlaşan gəncin həyatı xəstəxanada polis əməkdaşları tərəfindən qan verilməklə xilas edilib.

Fakt üzrə cinayət işi başlayıb, istintaq hərəkətləri aparılır. C.Həsənova bədən xəsarəti yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü N.Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

İstinadlar Qafqazinfo