Ermənistan parlamentinin spikeri Alen Simonyan Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəyə mümkün səfəri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Simonyan jurnalistlərə açıqlamasında bu məsələ ilə bağlı məlumata sahib olmadığını qeyd edib:

“Zelenskinin səfərinə gəldikdə isə, hazırda belə bir məlumat yoxdur, lakin bu səfər baş tutarsa, bu, tək Ermənistana deyil, regional səfər olacaq”.

Qeyd edək ki, Ermənistan mediasında daha əvvəl yayılan məlumata görə, Zelenski martın 4-5-i Ermənistana səfər edəcək. Lakin bu məlumat rəsmi olaraq təsdiq edilməyib.

İstinadlar Qafqazinfo