Ermənistan heç bir ölkə ilə hər hansı hərbi bazanın yerləşdirilməsi və ya strateji müttəfiqliyə qoşulması ilə bağlı müzakirələr, danışıqlar aparmır.

Bunu parlamentin spikeri Alen Simonyan Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinin son bəyanatına münasibət bildirərkən deyib.

O, M.Qaluzinin Ermənistanın Qərb ölkələrinin milli məlumat bazalarına çıxışla mümkün təmin edilməsi barədə bəyanatını “absurd” adlandırıb.

İstinadlar Report