Azərbaycan və Türkiyə ilə dinc yanaşı yaşamağın əleyhinə deyiləm.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan fevralın 27-də jurnalistlər qarşısında çıxışı zamanı bildirib.

“Kimin başqa variantı varsa, onu dinləməyə hazıram”, – o vurğulayıb.

Parlament sədri qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərdə irəliləyiş var.

Alen Simonyan jurnalistlərə açıqlamasında Rusiya hərbçilərinin İrəvanda Zvartnots hava limanından çıxmasına da münasibət bildirib. O deyib ki, rusiyalı hərbçilərin aeroportdan getməsi daha doğru addım olar. A.Simonyan Ermənistanın sərhədlərini qoruya biləcəklərinə əmin olduğunu da vurğulayıb.

İstinadlar Report