ABŞ-ın Şimali Karolina ştatının Roli şəhərində əsas yol qovşağına “Karabakh is Azerbaijan” (“Qarabağ Azərbaycandır!”) bilbordu yerləşdirilib.

Nəhəg lövhə bu ştatda yaşayan azərbaycanlıların təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə qoyulub. İdeyanın müəllifi, informasiya texnologiyaları üzrə elmlər doktoru, Şimali Karolina Azərbaycan Cəmiyyətinin fəalı Adika İqbaldır.

Azərbaycanın ərazi bütövlüyünün, üçrəngli, ay-ulduzlu bayrağının təsvir olunduğu bilbordda Ermənistanın Azərbaycana təcavüzüylə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilən 822, 853, 874, 884 saylı qətnamələr xatırladılıb, Qarabağ həqiqətlərinin əks olunduğu www.virtualkarabakh-az saytı yazılıb və “Karabakh is Azerbaijan” (“Qarabağ Azərbaycandır!”) şüarı yer alıb.

Xatırladaq ki, artıq bir neçə aydır ABŞ-ın bir çox böyük şəhərlərində mərkəzi yolların və körpülərin üzərində “Qarabağ Azərbaycandır!” bannerləri nümayiş etdirilir.

Vüsalə Abbasova

İstinadlar Report