Şimali Makedoniyanın ilk qadın rezidenti kimi and içən Qordana Silyanovska-Davkova dərhal qonşu Yunanıstanla diplomatik mübahisəyə səbəb olub.

Bu barədə “AP” məlumat yayıb.

Belə ki, ölkə parlamentində keçirilən andiçmə mərasimində Silyanovska-Davkova ölkəsini konstitusion adı “Şimali Makedoniya” deyil, “Makedoniya” adlandırıb.

Yeni seçilmiş prezident çıxışının böyük hissəsini qadınlara və onların cəmiyyətdəki roluna həsr edərək, ölkəni “qadınlaşdırmağa” və “avropalaşdırmağa” söz verib.

“Biz qadınların köməyi ilə siz, kişi siyasətçilər də dəyişəcək və Makedoniya layiqli yaşamaq üçün bir yerə çevriləcək”, – prezident bildirib.

Bu sözlərdən sonra Yunanıstan səfiri Sofiya Filippidanı andiçmə mərasimini tərk edib.

Daha sonra Yunanıstanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq, yeni Prezidentin hərəkətlərinin iki ölkə arasındakı razılaşmanı pozduğunu və həm ikitərəfli münasibətləri, həm də Şimali Makedoniyanın Avropa Birliyinə üzv olmaq perspektivlərini təhlükə altına atdığını bildirib.

İstinadlar Report