
Çərşənbə günü Şimali Makedoniyada prezident seçkiləri keçiriləcək, bu, ölkənin müstəqillik qazanmasından sonra yeddinci səsvermə olacaq.
Respublikada 3 480 seçki məntəqəsində saat 07:00-dan 19:00-dək (Bakı vaxtı ilə 09:00-dan 21:00-dək) səsvermədə 1 814 317 vətəndaş iştirak edə bilər ki, onların da 2,5 mindən çoxu xaricdəki səfirliklərdə və konsulluq idarələrində səs vermək imkanına malikdir. Prezident seçkilərini 342 yerli və 568 xarici müşahidəçi izləyəcək.