
Şimali Makedoniya parlamenti Baş nazir Xristian Mikoskinin yeni hökumətini təsdiqləyib.
Bu barədə “Reuters” məlumat yayıb.
Yeni hökumətinin lehinə 76 qanunverici, əleyhinə isə 22 deputat səs verib.
Mayın 9-da Şimali Makedoniyada keçirilən parlament seçkilərində ən böyük müxalifət partiyası olan “Daxili Makedoniya İnqilab Təşkilatı – Makedoniya Milli Birlik Naminə Demokratik Partiyası” və Kristian Mikoskinin rəhbərliyi altında “Sizin Makedoniya” koalisiyası qalib gəlib.