Koreya Xalq Demokratik Respublikasının səhiyyə naziri Çon Mu-rim departamentin nümayəndə heyətinin rəhbəri ilə Rusiyaya gedib və burada uzun illərdən sonra ilk dəfə olaraq rusiyalı həmkarı ilə danışıqlar aparacaq.

Bu barədə Rusiyanın Pxenyandakı səfirliyi feysbukda diqqətə çatdırıb.

Bildirilib ki, aprelin 13-də Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqra səhiyyə naziri Çon Mu-rimin rəhbərlik etdiyi nümayəndə heyətini “rusiyalı tərəfdaşlarla işgüzar danışıqlar üçün” paytaxt Moskvaya yola salıb.

“6 günlük səfər zamanı elmi və praktiki tibb sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi, həmçinin Ailə Planlaşdırılması və Reproduksiya Mərkəzinə səfər nəzərdə tutulub”, – səfirliyin mətbuat xidməti qeyd edib.

İstinadlar Report