
Koreya Xalq Demokratik Respublikası (KXDR) Şərq (Yapon) dənizi istiqamətində növbəti dəfə ballistik raket buraxıb.
Bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.
Hələlik raketin və buraxılışın detalları barədə məlumat yoxdur.
Yaponiyanın sahil mühafizəçiləri bölgədəki gəmiləri raket parçaları aşkar edilərsə, onlara yaxınlaşmamağa, dərhal səlahiyyətlilərlə əlaqə saxlamağa çağırıb.
Ehtimal olunur ki, ballistik raket artıq düşüb. Lakin onun düşdüyü yer göstərilməyib.
Yaponiyanın baş naziri Fumio Kişidanın ofisində Pxenyanın yeni raket buraxılışı ilə bağlı məlumatların təhlili və toplanması yolu ilə yığılan böhran qərargahı işə başlayıb.