Şimali Koreya lideri Kim Çen In nüvə arsenalını “həndəsi silsilə ilə” artırmaq məqsədilə uranın zənginləşdirilməsi üçün sentrifuqaların sayını artırmağı, həmçinin yeni sentrifuqaların tətbiqini əmr edib.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Bildirilib ki, Şimali Koreya lideri bu göstərişi nüvə materialları istehsalı müəssisələrinə səfəri zamanı verib.

İstinadlar Report