
Martın 21-də Şimali Koreya nüvə yükü daşıya bilən yeni sualtı dronu sınaqdan keçirib. Yeni silah partlayışdan sonra “supergüclü radioaktiv sunami”yə səbəb ola bilər.
Bu barədə “Koreya səsi” dövlət radiosu məlumat yayıb.
“Bu gizli silah pilotsuz sualtı hücum gəmisidir. Onun vəzifəsi gizli şəkildə su altında üzmək, düşmən gəmi qruplarını və limanını məhv etmək və sualtı partlayış vasitəsilə supergüclü radioaktiv sunami yaratmaqdır”, – məlumatda bildirilib.