Şimali Koreya fil sümüyünün qaçaqmalçılığında iştirakda şübhəli bilinən İsveçrədəki səfiri Han Te Sunu geri çağırmaq qərarına gəlib.

Bu barədə Yaponiyanın “Kyodo” nəşri yazıb.

Xatırladaq ki, keçən ay BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı Sanksiya Komitəsindən və İsveçrə səlahiyyətlilərindən ibarət ekspertlər qrupu Şimali Koreya səfiri ilə bağlı araşdırmaya başlayıb.

Səfir və onunla əlbir olan digər şəxs – Şimali Koreyanın kəşfiyyat agenti Afrikadan qanunsuz yolla fil sümüyü ixrac etməkdə şübhəli bilinir. Yerli media iki nəfərin 19 ədəd fil sümüyü və 18 kərgədan buynuzunun qaçaqmalçılığı ilə məşğul olduğunu bildirib.

Han Te Sunun qaytarılması diplomatların hazırkı rotasiyası çərçivəsində KXDR üçün prioritetlərdən birinə çevrilib: güman ki, onlar Pxenyanın bu yolla ittihamlardan yayınmasını istəyir.

İstinadlar Report