Şimali Koreya lideri Kim Çen Inın öldürülmüş ögey qardaşı Kim Çon Namın 24 yaşlı oğlunun təhlükəsizliyini ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) təmin edəcək.
Bu bardədə “New Yorker” dərgisi məlumat yayıb.
Qeyd edək ki, Kim Çen Inın qardaşı Kim Çon Nam Malayziyanın paytaxtı Kuala-Lumpurda hava limanında Şimali Koreyanın xüsusi xidmət orqanının iki əməkdaşı tərəfindən 2017-ci ilin fevralında zəhərlənərək öldürülüb.
Xatırladaq ki, Kim Çon Nam Şimali Koreyanın keçmiş rəhbəri Kim Çen İrin böyük oğlu, ölkənin indiki lideri Kim Çen Inın atabir ögey qardaşıdır.