Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In qızının müşayiəti ilə ikinci dəfə ictimaiyyət qarşısına çıxıb.

Bu, Koreyanın Mərkəzi Teleqraf Agentliyinin (KMTA) dərc etdiyi fotoşəkillərdə öz əksini tapıb.

Məlumata görə, Şimali Koreya lideri hərbçilərlə yanaşı, bu yaxınlarda “Hvason-17” qitələrarası ballistik raketinin buraxılışı üzərində işləyən alim və texniki mütəxəssislərlə görüşüb.

Adı, Cənubi Koreya mətbuatının iddiasına görə, Çju E olan qızı şəkillərdə xəz yaxalıqlı uzun qara paltoda təsvir olunub: o, hər yerdə atasının dalınca gedir, bəzən onun qolundan tutur.

Xatırladaq ki, noyabrın ortalarında KMTA Kim Çen Inın həyat yoldaşı və qızının müşayiəti ilə yeni “Hvason-17” qitələrarası ballistik raketinin sınaq meydançasını ziyarət etdiyini əks etdirən fotoşəkilləri yayımlamışdı. Bu, KXDR liderinin övladlarından birinin ictimaiyyət qarşısında ilk çıxışı idi. Övladlarının dəqiq sayı da həmçinin məlum deyil.

İstinadlar Report