KXDR hipersəs raketinin uğurlu sınağını həyata keçirdiyini bildirib.

Bu barədə Cənubi Koreyanın “Yenhap” agentliyi məlumat yayıb.

“KXDR çərşənbə axşamı lider Kim Çen Inın rəhbərliyi ilə hipersəs raketini uğurla sınaqdan keçirdiyini bildirir”, – agentliyin açıqlamasında deyilir.

KXDR hipersəs raketinin 1 000 kilometr uçduğunu və hədəfi dəqiq vurduğunu bildirib.

Qeyd edək ki, Avropa Şurası bəyanat yayaraq, KXDR-in bu ilin 5 və 11 yanvar tarixlərində raket buraxılışlarını pislədiyini, AB isə ölkəni BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn öhdəliklərə əməl etməyə çağırdığını bildirib.

İstinadlar Report