Şimali Kiprin əmək və əhalinin sosial müdafiə naziri Sadık Gardiyanoğlu Azərbaycana gələcək.

O, bu barədə Türkiyə KİV-inə müsahibəsində deyib.

Nazir səfərin dəqiq tarixini açıqlamasa da, bunun ilk fürsətdə baş tutacağını bildirib.

O, həmçinin Azərbaycanın dövlət rəsmilərinin Şimali Kiprə dəvət olunduğunu da diqqətə çatdırıb.

Nazir bildirib ki, Şimali Kiprdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan ümumilikdə 10 mindən çox şəxs sosial təminatla işləyir:

İstinadlar Report