Şimali Kiprdə yeni virus tapılıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, virus insanlara “Culex” növündən olan ağcaqanadların dişləməsi ilə keçir.

Bildirilib ki, virusun əsas əlamətləri ürəkbulanma, dəridə yaranan qızarmalar, halsızlıqdır. Məlumata görə, virusun daha çox yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görülür.

Virusun hələlik nə peyvənd, nə də dərmanla müalicəsi var. Xəstəlik insandan insana keçmir.

İstinadlar Report