Şimali İrlandiyada növbəti dəfə qarışıqlıqlar olub, etirazçılar avtobusu yandırıblar.

Bu barədə Böyük Britaniyanın həmin inzibati-siyasi hissəsinin polisinin xəbərində deyilir.

Belfastda nümayişçilər ikimərtəbəli avtobusu oğurlayıblar, sonra nəqliyyat vasitəsinə içində yandırıcı mayenin olduğu butulka atılıb, nəticədə avtobus yanıb. Bundan başqa, qarışıqlıqları işıqlandıran fotomüxbirə hücum edilib.

İstinadlar Report