“Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərindən sızıntı dayanıb.
Bu barədə Danimarkanın Enerji Agentliyi məlumat yayıb.
Bildirilib ki, son bir neçə gündə sızıntılar qeydə alınmayıb.
Partlayışlar zamanı “Şimal axını”nın üç xəttində təxminən 800 milyon kubmetr qaz olub ki, bu da Danimarkanın üç aylıq istehlakına bərabərdir.
İlkin məlumata görə, bundan əvvəl Baltik dənizinin dibində ən azı iki partlayış baş verib. Danimarka və İsveçin seysmoloji institutları onların bir neçə yüz kiloqramlıq partlayıcı yükə uyğun gəldiyi qənaətinə gəliblər. Hələlik heç bir ölkə hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.