Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyonovska-Davkova Qlobal Bakı Forumunun təkcə dialoq üçün mühüm platforma deyil, həm də aktual qlobal problemlərin həlli yollarını tapmaq üçün səmərəli vasitə olacağına əminliyini ifadə edib.

O, bunu XII Qlobal Bakı Forumunun açılışında bildirib.

“Əminəm ki, burada aparılan müzakirələr təkcə ideya mübadiləsinə deyil, həm də sülh, təhlükəsizlik və davamlı inkişafın təmin edilməsinə yönəlmiş konkret qərarların qəbul edilməsinə töhfə verəcək”, – prezident qeyd edib.

İstinadlar Report