
İraqın şiə liderlərindən olan Müqtəda əs-Sədrin onlarla tərəfdarı ölkənin Məsləhət Şurasının binasını ələ keçiriblər
Bu barədə “Əs-Sumariya” telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, bu ərazi xüsusi qorunsa da, silahlılar müdafiəçilərin müqavimətini qıra biliblər. “Yaşıl zona” adlandırılan və xüsusi qorunan ərazidə bir sıra hökumət binaları yerləşir.