Bir qrup silahlı şəxs Tripolidə Liviya Xarici İşlər Nazirliyinin binasına hücum edərək içəri daxil olublar.

Bu barədə 218TV telekanalı məlumat verib.

Qeyd olunub ki, hücumun arxasında Faiz Sarracın başçılıq etdiyi Liviya Milli Razılıq hökuməti tərəfindən dəstəklənən “Tripoli İnqilabçıları” taboru durur. Döyüşçülər binaya daxil olaraq 166-cı piyada briqadasından buraya təhkim edilən mühafizəçiləri qovub.

Telekanal bildirib ki, qısa müddətdən sonra silahlı şəxslər nazirliyin binasını tərk ediblər.

İstinadlar Report