26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinin Azərbaycan Ordusunun qoşun növlərinə, nazirliyin idarə və xidmət, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə media-turları təşkil edilib.

Çüdafiə Nazirliyindən verilən məlumata görə, media-turlar çərçivəsində KİV nümayəndələri şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə yaxından tanış olublar.

Media nümayəndələri azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə, eləcə də Azərbaycan Ordusunun dövlət sərhədində yerləşən döyüş mövqelərində olublar, burada xidmət edən hərbi qulluqçularla görüşüblər.

İstinadlar Report