İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının bir qrupunun təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.

Dövlətimizin başçısının Sərəncamına əsasən, 8 hərbi qulluqçu ali hərbi rütbələrlə təltif edilib. Belə ki, 2 nəfərə general-leytenant, 5 nəfərə general-mayor, 1 nəfərə isə tibb xidməti general-mayoru ali hərbi rütbələri verilib.