63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən namizəd Vahid Qocayev seçki məntəqələrində qanun pozuntularının olması ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Bu barədə Komissiyanın bu gün keçirilən iclasında MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

Müraciətçi sözügedən dairənin bir sıra məntəqələrində qanun pozuntularının olmasını iddia edib və səsvermə nəticələrinin ləğvini tələb edib.

Müraciət MSK ekspert qrupunun üzvləri tərəfindən araşdırılıb. Namizəd tərəfindən MSK-ya daxil olan müraciət müddəti ötdüyünə görə şikayətçiyə geri qaytarılıb. Vahid Qocayevin müraciəti əssassız olduğundan təmin edilməyib. Təklif səsə qoyularaq qəbul edilib.

Daxilqızı

İstinadlar Qafqazinfo