Bakıda Azərbaycan Uşaqlar Birliyinin sığınacağında qalan 40-a yaxın uşaq qızılcaya yoluxub.

Bu sığınacaqdan məlumat verilib. 

Bildirilib ki, 15 gün olar ki, uşaqlar arasında qızılca xəstəliyinin əlamətləri müşahidə olunur: “Hazırda 15-dən çox uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Bu say tez-tez dəyişir. Çünki tibb müəssisəsinə yerləşdirilkən uşaqlardan bəziləri sağalaraq sığınacağa qaytarılır. Yoluixanların əksəriyyəti 5 yaşadək olan körpələrdir. Hazırdda uşaqların vəziyyətləri normaldır. 1 uşağın vəziyyəti ağırdır və həkimlər onu sağaltmaq üçün əllərihndən gələni edirlər”.

Sığınacaqdan həmçinin bildirilib ki, yoluxan uşaqların çoxu peyvənd olunmayanlardır: “Uşaqlar sığınacağa gətiriləndə baxımsız vəziyyətdə olurlar. Ona görə də onlarıın çoxu qızılcaya qarşı peyvənd olunmayıb”.

Gülnar Əliyeva

 

İstinadlar Qafqazinfo