Avstraliyanın ən böyük şəhəri olan Sidneydə dünən müəyyən edilmiş koronavirusa yoluxma sayı 262 olub. Bu isə pandemiya dövrünün ən yüksək göstəricisi hesab olunur.

Bu barədə Yeni Cənubi Uels ştatının hökuməti məlumat yayıb.

Məlumata görə son 24 saat ərzində COVID-19-la əlaqəli 5 ölüm faktı qeydə alınıb.

İstinadlar Report