Çin Xalq Respublikasının Sədri Si Cinpin Honkonqun Çinlə birləşməsinin 25-ci ildönümünü qeyd etmək üçün iyulun 1-də keçmiş Britaniya anklavına planlaşdırılan səfərini ləğv edə bilər.

Bu barədə cümə axşamı “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, buna səbəb kimi Honkonqda son günlərdə qeydə alınan koronavirusa yoluxma hallarının artması göstərilib.

Nəşrin yazdığına görə, Pekin həmçinin Si Cinpinin Honkonqa səfərinin müddətini bir günə endirməyi də nəzərdən keçirir və bu müddətdə o, adada yerləşən Xalq Azadlıq Ordusunun qoşunlarını yoxlayacaq və Çinin bu xüsusi inzibati rayonunun yeni hakimiyyətinin inauqurasiyasını keçirəcək. Çin liderinin 2020-ci ilin yanvarından bəri Çinin materik hissəsini tərk etmədiyi də vurğulanıb.

İstinadlar Report